Ukrayna PUA-ları Rusiya hava limanlarını iflic edib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın bir sıra hava limanlarında gediş-gəlişi dayandırıb.
Lipetsk və Voronej vilayətlərində PUA-ların hücum təhlükəsi elan edilib. Eyni zamanda, Kazan hava limanı müvəqqəti olaraq uçuşları dayandırıb.
Oxşar təhlükəsizlik tədbirləri Kaluqa, Nijni Novqorod, Penza və Sankt-Peterburq hava limanlarında da görülüb. Hazırda hava limanlarının fəaliyyəti tam bərpa olunmayıb. /Musavat.com/