İrəvanda Rusiyanın qırıcı təyyarəsi ilə bağlı insident


Ermənistanın paytaxtı İrəvanda Rusiyaya məxsus qırıcı təyyarə ilə insident baş verib.

Turkustan.az Ermənistan mediasına istinadən xəbər verir ki, təyyarə Arşakunyats prospektində dəmir dirəyə, daha sonra hasara çırpılıb.

Yerüstü daşıma zamanı sərt muftanın elementi sıradan çıxıb və təyyarə platformadan çıxıb.

Daşımanı Daxili İşlər Nazirliyinin erməni patrul zabitləri və Müdafiə Nazirliyinin hərbi polis əməkdaşları müşayiət ediblər. Prospektdə nəqliyyatın hərəkəti dayandırılıb, təyyarəyə ziyan dəyməyib./modern.az


MANŞET XƏBƏRLƏRİ