PKK liderindən ŞOK: “Öcalan azadlığa buraxılmasa, silahı yerə qoymayacağıq”


Terrorçu PKK təşkilatının hazırkı rəhbərlərindən biri olan Cemil Bayık Türkiyə hökumətinə qarşı yeni şərt irəli sürüb.

Turkustan.az xəbər verir ki, o, Türkiyə hakimiyyətinə bir çox mesajlar göndərib.

“Əgər Türkiyə hökuməti liderimiz Abdullah Öcalana tətbiq edilən təcrid siyasətini ləğv edərsə və onun azadlığa buraxılması ilə bağlı qərarlar verərsə, biz də silahları yerə qoyarıq. Əks halda, bizdən silahı yerə qoymağı gözləməsinlər. Mübarizə davam edəcək.” , – deyə Bayık bəyan edib.

Bu açıqlama Türkiyə ictimaiyyətində və siyasi dairələrdə ciddi narahatlıq doğurub. Rəsmi Ankara isə dəfələrlə bildirib ki, PKK ilə heç bir şəkildə siyasi danışıqlar aparılmayacaqterrorla mübarizə qətiyyətlə davam etdiriləcək.

Qeyd edək ki, Abdullah Öcalan 1999-cu ildən bəri Türkiyədə İmralı adasında ömürlük həbs cəzasını çəkir və onunla əlaqə uzun müddətdir məhdudlaşdırılıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ