Millimiz Belçikada darmadağın oldu


Bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində F qrupunda mübarizə aparan Azərbaycan millisi səfərdə Belçikanın qonağı olub.

Turkustan.az bildirir ki, qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.

Millimiz bundan öncəki oyunda doğma azarkeşlər önündə İsveç millisini darmadağın etmişdi: 3-0 /modern.az/


MANŞET XƏBƏRLƏRİ