“1500 xarici tələbənin çoxu azərbaycanlıdır”: Bozok universitetinin rektor köməkçisi


Türkiyənin Yozqat şəhərinin Yozqat Bozok universitetinin Rektor köməkçisi Prof.Dr. Güngör Yılmaz hoca ilə Bozok universitetinin xarici, əsasəndə azərbaycanlı tələbələrinin qalmaq, nəqliyyat, iş imkanları, əyləncələr, fakultə seçimləri haqqında danışdıq.

G.Yılmaz bildirib ki, xarici tələbələrin dövlət yataqxanalarında qalması çətin olduğundan, universitet bələdiyyə və özəl şirkətlər ilə danışıqlar aparır və universitetin yaxınlığında yataqxanalar tikilir. Eyni zamanda kirayə verilən evlərində qiymətləri şəhər caamatı tərəfindən uyğun qiymətlər ilə tələbələrin istifadəsinə verilib.

Açıklama yok.

Tələbələrin universitetə rahat gedib gəlməsi üçün bələdiyyə avtobusları vaxtı-vaxtında işləyir. Şəhər kiçik olduğu üçün tələbələr əsasən piyada və yaxud velosiped ilə hərəkət edirlər.

Rektor köməkçisi bildirib ki, universitetdə iş imkanları da mövcuddur. Həftənin 4 saatı tələbələr dərsdən öncə və ya sonra universitetin fərqli bölmələrində iş imkanları ilə təmin edilib. 250 tələbə artıq bu imkandan yararlanıb. İrəlidə bu imkanların artırılması üçün lazımi planlamalar da edilir. G.Yılmaz onu da bildirib ki, universitetlərində 1500-dən çox xarici tələbə var.

Açıklama yok.

Rektor köməkçisinin sözlərinə görə, tələbələrin əylənməsi üçün bələdiyə və özəl şirkətlər vasitəçiliyi ilə konsertər, əyləncələr təşkil edilir. Yozqat şəhərinin qədim adət-ənənələrini tələbələrə göstərib onların həm maariflənməsinə, həm də şəhəri sevməsinə şərait yaradılır. Və universitetin tərkibində gənclik mərkəzi də var.

G.Yılmaz bildirib ki, azərbaycanlı tələbələr siyasət, iqtisadiyyat, və ictimaiyyətlə əlaqələr fakultələrinə daha çox üstünlük verirlər. O həmçinin qeyd edib ki, universitetimizdə irəliləyən zamanlarda xarici tələbələrin də magistratura oxumaları üçün də addımlar atılacaq.

G.Yılmaz sonda qeyd etdi ki, yaxşı təhsil, perspektiv iş imkanları və sakit, füsunkar şəhər istəyən tələbələr Yozqat Bozok universitetinə gələ bilərlər.

Açıklama yok.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ