Polis Gəncədə əməliyyat keçirdi - 45 nəfər saxlanıldı


Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər sakininə məxsus mənzildən oğruluq edən Sədrəddin Musayev və Eltəkin Hüseynov saxlanılıblar.

Turkustan.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Onlar evdən ümümilikdə 10800 manatlıq maddi vəsait və qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları son 30 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfəri saxlayıblar. Onlardan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.

Polis Gəncədə əməliyyat keçirdi - 45 nəfər saxlanıldı


MANŞET XƏBƏRLƏRİ