Sülhməramlıları Qarabağda qalsaydı... - “Rusiya hərbi bazasına çevrilə bilərdi...”


“O torpaqda heç bir statusu olmayan Rusiya sülhməramlılarının ərazimizdən çıxarılması hər şeydən əvvəl Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması, həmçinin Rusiya rəhbərliyinin öz hərbçilərinin Qarabağda heç bir faydalı funksiya yerinə yetirməməsini aydın dərk etməsi ilə bağlıdır. Digər tərəfdən, Nikol Paşinyanın Qarabağı Azərbaycan torpağı élan etməsi də öz rolunu oynadı”.

Turkustan.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında “Rusiya “sülhməramlı” kontingentinin Azərbaycanın Yuxarı Qarabağ ərazisindən çıxmasının əsas səbəblərini siz nələrdə görürsüz?” sualını cavablandıran siyasi analitik Tahir Cəfərli dilə gətirib.

“Ümumiyyətlə, Rusiya hərbi kontingentinin Qarabağda hansı əsaslarla qalması məsələsi bütün dünyanı maraqlandırırdı. Çünki Rusiya hərbi kontingenti Qarabağda uzun müddət qalacağı halda, Azərbaycan ərazisində Rusiya hərbi bazasına çevrilə bilərdi. Biz Rusiya sülhməramlılarını Azərbaycandan çıxarmaqla həqiqi süveren ölkə olduğumuzu dünyaya nümayiş etdirdik. Bura Türkiyənin də müşahidəçi funksiyasını yerinə yetirən, Ağdamdakı kontingentinin də çıxarılmasını əlavə etsək, biz faktiki olaraq heç bir ölkə ilə hərbi ittifaqda olmadığımızı dünyaya bəyan etmiş oluruq. Qarabağdan Rusiya qoşunlarının çıxarılmasının əsas səbəblərindən biri də Azərbaycan ordusunun bölgədə ən güclü ordu olması ilə bağlıdır. Ən əsas səbəb kimi elə bu götürülməlidir”, - deyə analitik vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ