Milli Məclisin bugünkü plenar iclasında Ağdərə rayonunun yaradılması məsələsi müzakirəyə çıxarılıb.
Turkustan.az xəbər verir ki, qanun layihəsini Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib.
Qeyd edək ki, qanun layihəsinə görə, “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” məsələlərə baxılıb.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.