İlham Əliyev: “Cənab Borel, ola bilər ki, yuxular görür”


“Borelin son bəyanatları səmərəsizdir. Mən təəssüf edirəm ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır. O, bəyanat verib ki, 150 min erməni Qarabağı tərk edib. Bu, tamamilə yanlış bəyanatdır. Cənab Borel, ola bilər ki, yuxular görür. Bu, təkcə rəqəmlərlə manipulyasiya etmək deyil, bu, Azərbaycana qarşı ittihamlardır”.

Turkustan.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda deyib. /Bizim.Media


MANŞET XƏBƏRLƏRİ