"WhatsApp"dan növbəti yenilik


"WhatsApp" statusunda digər insanları etiketləmək funksiyasını istifadəyə verib.

Turkustan.az-ın məlumatına görə, "WhatsApp"ın 24.7.10.71 kodlu tətbiqinin "iOS" beta versiyasında ortaya çıxan bu xüsusiyyət istifadəçilərə status paylaşarkən başqa şəxsləri etiketləməyinə imkan verəcək.

Belə ki, “WhatsApp” istifadəçiləri status paylaşarkən kontakt siyahısındakı bir və ya bir neçə istifadəçini etiketləyə biləcəklər. Etiketlənən şəxslər bu barədə bildiriş alsalar da, digər şəxslər bu haldan xəbər tutmayacaq.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.


MANŞET XƏBƏRLƏRİ