Xoşbəxt olmağın ən asan yolu. Sən demə öz əlimizdə imiş...


Bir insana xoşbəxt olmağı öyrətmək və psixoloji vəziyyətlə müntəzəm işləmək harmoniya hissini qorumağa kömək edə bilər.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, bu, xüsusi tematik kursu sınaqdan keçirən alimlərin gəldiyi qənaətdir. Bristol və Yel universitetinin alimlərinin fikrincə, xoşbəxtlik hissinə təsir edən amillər haqqında biliklər insanlara bu hissi yaratmağa və saxlamağa kömək edir. Fərziyyəni təsdiqləmək və ya təkzib etmək üçün Bristol Universiteti “Xoşbəxtlik Elmi” kursu hazırlayıb və təlimdən sonra tələbələrin rifahının necə dəyişdiyini qiymətləndirib.

Araşdırma birinci kursda “Xoşbəxtlik Elmi” modulunu öyrənmiş yuxarı kurs tələbələrini əhatə edib. Ümumilikdə 905 nəfər sorğuda iştirak edib. 638 nəfərdən kursdan əvvəl və sonra özlərini necə hiss etdikləri ilə bağlı sorğu keçirilib. Qalanları isə ya yalnız məşqdən əvvəl, ya da onu başa vurduqdan sonra alimlərin suallarını cavablandırıblar.

Kursda tələbələr psixoloqlar və nevroloqlar tərəfindən xoşbəxtlik mövzusunda aparılan aktual tədqiqatlarla yaxından tanış olublar. İnsanı xoşbəxt edən şeylər haqqında məlumatlara əsaslanaraq, tələbələr fiziki məşqlər, meditasiya etmək və gündəlik ritun kimi faydalı vərdişlər formalaşdırmağın yollarını mənimsəyiblər. Kursdan dərhal sonra iştirakçılar öz vəziyyətlərini təlimdən əvvəlki ilə müqayisədə 10-15% daha yaxşı kimi qiymətləndiriblər.

Kursun gözlənilməz kəşfləri arasında özünü xoşbəxt hiss etməyin əsas yolunun özünə deyil, başqalarına diqqət yetirməklə əlaqələndirilməsi də olub. Belə ki, tələbələrə çoxlarının qaçmağa vərdiş etdiyi yad adamlarla ünsiyyətdə köməklik göstərilib və yaxınlarına hədiyyə almağa pul xərcləməklə özlərindən çox onların emosional vəziyyətinə faydalı olublar. Eyni zamanda, “Xoşbəxtlik Elmi”nə daxil edilən araşdırmaların nəticəsinə əsasən, tənhalıq immunitet sistemini zəiflədir və təbiətdə gəzmək mənfi düşüncələri “söndürür”.


MANŞET XƏBƏRLƏRİ