WhatsApp-da yeni funksiya


Artıq WhatsApp-da status yeniləmələrinizi birbaşa Facebook və Instagram Stories-də paylaşa biləcəksiniz.

Turkustan.az xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp yeni funksiyalar üzərində işləməyə davam edir.

“Facebook Stories”də status yeniləmələrini avtomatik paylaşma funksiyasını sınaqdan keçirən “WhatsApp” yeni beta versiyada bu funksiyanı Instagram-a da gətirib.

Beləliklə, istifadəçilər Instagram Stories-də hədəf auditoriyasını seçərək WhatsApp-dan status yeniləmələrini paylaşa biləcəklər.

Hələ sınaq mərhələsində olan bu xüsusiyyət ilə WhatsApp istifadəçilər üçün həm istifadə asanlığı, həm də vaxta qənaət etməyi planlaşdırır.


MANŞET XƏBƏRLƏRİ