ABŞ evdə tək qalanda içki və araq içən və sərxoş olub baytara aparılan itdən danışır.
Turkustan.az xəbər verir ki, ABŞ-da Cek adlı it sahibləri evdə olmadığı vaxt bir şüşə İrlandiya likörü və arağı içdikdən sonra sərxoş olub.
Ev sahibləri evə gələrək itlərinin günahkar olduğundan şübhələniblər və evin ətrafına göz gəzdirməyə başlayanda ətrafa səpələnmiş spirt şüşələrini görüblər.
Başı gicəllənən və yeriməkdə çətinlik çəkən it baytara aparılıb. Gecəni baytarda keçirən itin vəziyyətinin yaxşı olduğu öyrənilib.
Görüntülər yumoristik cəhətləri ilə viral oldu. Bununla belə, spirt itlər üçün son dərəcə təhlükəlidir və zəhərlənməyə səbəb ola bilər.
Eltac/Turkustan.az