ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Mərkəzi Afrikada yayılan Ebola virusu ilə bağlı ciddi xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, qurumun hazırladığı modelləşdirmə təhlillərinə görə, vaxtında və effektiv tədbirlər görülməzsə, epidemiya son illərin ən ağır səhiyyə böhranlarından birinə çevrilə bilər.
CDC-nin hesablamaları göstərir ki, yaxın aylarda regionda yoluxma hallarının sayı 10-20 min nəfər arasında dəyişə bilər. Mütəxəssislər mövcud vəziyyətin 2014–2016-cı illərdə Qərbi Afrikada baş vermiş və 28 mindən çox yoluxma, 11 mindən artıq ölümə səbəb olmuş Ebola epidemiyasına bənzər inkişaf etdiyini bildirirlər.
Qurum rəsmiləri qeyd edirlər ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili və genişmiqyaslı ictimai səhiyyə tədbirlərinin görülməsi həyati əhəmiyyət daşıyır. Əks halda, epidemiya daha geniş ərazilərə yayılaraq minlərlə insanın həyatını təhlükə altına qoya bilər.
Aytən Yaşar/ Turkustan.az