Kəlbəcəri azad etmək arzusu ilə şəhidliyə ucalan qəhrəman


"Günnüt" əməliyyatında (Naxçıvan) iştirakına və döyüşlərdə fərqlənməsinə görə "Şücaətə görə" medalı ilə təltif edilir...

Bölük komandiri vəzifəsindən briqada komandiri vəzifəsnə qədər yüksəlir...

Qüsursuz xidmətinə görə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilir...

2003-2019-cu illər ərzində Türkiyə, Macaristan, Çexiya, Slovenya ve Pakistanda bir sıra kurs və təlimlərdə iştirak edərək uğurlu nəticələr əldə edir...

2010-cu ildə İordaniyada baş tutan SOFEX-2010 sərgisində (Xüsusi Təyinatlı Qüvvələrin sərgisi) iştirak edir...

Təlimlərdə əldə etdiyi təcrübələrdən kəşfiyyata aid dərslik kitabı yazmaq istəyir...

Qüsursuz xidmətlərinə göre 2-ci ve 3-cü dərəcəli medallara layiq görülür və Usta dərəcəsi alır...

Vətən Müharibəsi başlayanda ilk 13 gün Naxçıvanda xidmət etsə də, Komandanlığa müraciət edərək döyüşlərə qatılmaq istədiyini bildirir....

Füzuli-Cəbrayıl - Xocavənd cəbhəsində onun komandirlik etdiyi qrup xüsusilə fərqlənir..

Zəngilanın azad edilməsi üçün heyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edildiyini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə Ali Baş Komandana məruzə edir...

Açıklama yok.

XTQ Komandanınin birinci müavini Zaur Cavanşirin tapşırığına əsasən Xocavənd-Şuşa istiqamətində "772 metr" yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi Anar Əliyevə həvalə edilir və bu döyüş uğurla başa çatsa da, Anar Əliyev qəhrəmancasına şəhid olur...

Naxçıvan Əlahidde Ümumqoşun Ordusunun Xüsusi Teyinatlı bölməsinin komandiri olan, bir neçə dildə sərbəst danışa bilən, Kəlbəcərə bayraq sancmaq arzusu ilə yaşayan, son nəfəsində əsgərlərinə "Mühasirəni daraltmayın, kömək gələcək" deyə əmr edən, dostu ile birgə eyni vaxtda şəhid olan XTQ-nin polkovnik-leytenantı, təcrübəli kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev!

Qəhremanımız xidməti müddətində "Qüsursuz xidmətə görə" 3-cü, 2-ci, 1-ci dərəcəli medallarla, "Hərbi Xidmətdə Fərqlənməyə görə" 2-ci və 1-ci dərəcəli medallarla, Azərbaycan Silahlı Qüvvələrinin 90 ve 95 illiyi yubiley medalları ilə, iki dəfə "Vətən uğrunda" medalı ilə, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəmanlığı ilə gənc nəsilə örnək olan igidim! Biz səni unutmarıq, unutdurmarıq!

Allah sənə rəhmət eləsin! Məkanın cənnət, ruhun şad olsun cənab polkovnik!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ