Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Ermənistan XİN mətbuat xidmətindən verilən məlumata görə, görüş Skopyedə, ATƏT-in nazirlər konfransı çərçivəsində baş tutub.
Görüşdə Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə edilib, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə toxunulub.
Bundan bir-neçə gün əvvəl Blinken Prezident İlham Əliyevə zəng edərək O’Braynın açıqlamalarından sonra üzürhaqlıq etdi və Azərbaycanın qoyduğu şərtləri qəbul etdi.
Bəs ABŞ Azərbaycana qarşı sərt mövqeyindən niyə döndü?
Bundan öncəki yazımda da qeyd etmişdim ki, ABŞ-Azərbaycan arasındakı soyuqluq qısa müddətdə həll olunacaq.
Çünki ABŞ Azərbaycanın regionda böyük gücə sahib olduğunun fərqdindədir və bu bölgədə qalıcı olmaq istəyirlərsə, Azərbaycan ilə münasibətlərini yaxşılaşdırmalıdırlar. ABŞ Qafqazın ən böyük təbii sərvətlərinə sahib olan ölkəsi ilə arasının pozulmağını istəmir. Bir çox Qərb ölkəsinə belə Azərbaycandan qaz, neft satılır. Ukrayna-Rusiya müharibəsindən sonra isə bu ticarət daha çox artış göstərdi. Rusiyadan neft, qaz almaq istəməyən ölkələr Azərbaycana yönələrək ehtiyaclarını buradan qarşılamalı oldular.
Ona görə də ABŞ və digər Qərb ölkələri xüsusən də Fransa, Azərbaycana sanksiya tətbiq etmək riskinə girmədi. Çünki Azərbaycana qarşı qoyula biləcək sanksiya bəzi Qərb ölkələrinin qazsız və neftsiz qalmasına gətirib çıxardır.
ABŞ isə Azərbaycanın bu savaşda Azərbaycan-Ermənistan müharibəsində haqlı olduğunu, Azərbaycanın öz suverenliyini bərpa etdiyini, tarix boyu azərbaycanlıların yaşadıqları torpaqlarını geri aldıqlarını başa düşdü. Son 23 saatlıq antiterror əməliyyatlarından sonra da, Azərbaycanın bütün prosedurlara düzgün riyaət etdiyini və hüquqi baxımdan da proseslərin Azərbaycanın leyhinə olduğunu gördü.
Əslində ABŞ Ermənistan üzərindən Rusiyanı bölgədə təsirsiz güc kimi qoymaq istəyirdi. Ermənistanın Rusiyaya qarşı sərt mövqe tutması üçün ABŞ Ermənistana onların yanında olduqlarını göstərmək istədi. Bunu da Azərbaycan üzərindən etmək istəyirdi. Amma erməni lobbisinin bu planı işə yaramadı. Azərbaycanın ABŞ-a qarşı apardığı mükəmməl siyasət nəticəsində erməni lobbisinin bu planı suya düşdü.
ABŞ-ın hazırkı planı Azərbaycan ilə əlaqələri yenidən bərpa etmək və iki ölkə arasında olan münasibətləri gücləndirməkdir. Bu Blinkenin zəngindən də aydın görsənir.
Bəs Ermənistanın durumu nəcə olacaq?
ABŞ Ermənistan ilə əlaqələri yaxşı tutmağa çalışacaq. Daha doğru desək Ermənistan ABŞ-ın qanadları altından ayrılmayacaq. Həm ABŞ həm də digər Qərb ölkələrinə yıxılaraq özlərinə yeni dayaq axtaracaqlar.
ABŞ isə Ermənistan üzərindən Rusiyanı zəiflətmək istədiyi üçün Ermənistanı əlindən buraxmamağa çalışacaq. Azərbaycan üzərindən qurduqları plan baş tutmadığı üçün, Ermənistan üzərindən Rusiyanı yıxmaq üçün yeni planlar qurmağa davam edəcəklərini düşünürəm.
Diqqət edirsinizsə, saydığım ölkələrin hər birinin hədəfləri, planları və məqsədləri var. Azərbaycanın məqsədi öz şərtlərinin qəbul edilməsi, ABŞ-ın məqsədi Rusiyanı Qafqazdan uzaqlaşdırmaq, Rusiyanın məqsədi isə ABŞ və Qərbi bölgəyə buraxmamaqdır. Ermənistanın isə heç bir hədəfi və məqsədi yoxdur. Çünki ideologiyasız yaşayan, öz fikri olmayan, başqasının düşüncəsi ilə hərəkət edən bir xalqın hədəfləri və məqsədləri ola bilməz. Bu tarix boyu belə olub və belə də davam edəcək.
Müəllif: Eltac Zülfüqaroğlu/Turkustan.az