"Şəhidlər Zirvəsi” adlı sənədli filmin təqdimatı keçirilib


Bakıda - Nizami kinoteatrında "Şəhidlər Zirvəsi” adlı sənədli filmin təqdimatı keçirilib.

Turkustan.az xəbər verir ki, Azərbaycan Vətən Muharibəsi Veteranlari Təşkilatının, Mədəniyyət Nazirliyinin və Nizami Kino Mərkəzinin təşkilati dəstəyi ilə, həmçinin, Nəqşicahan Mədəniyyət mərkəzinin və bir çox layihələrin, bəstələrin müəllifi Fərahim Sadiqin təşkilatçılığı ilə baş tutan təqdimatda şəhid ailələri, qazilər, respublikanın ictimai-siyasu xadimləri və s. iştirak edib.

"Şəhidlər zirvəsi layihəsinin ideya muəllifi Vaqif Şahsuvarovdur.

Tədbir barədə məlumat verən Nəqşicahan Mədəniyyət mərkəzinin solisti Çilənay Hüseynova deyib ki, film Qarabağ müharibəsində iştirak edən qəhrəman oğullarımıza həsr edilib.

Təqdimat zamanı vətənpərvər mahnıları ilə əksəriyyətin könlündə taxt qurmuş Şəmistan Əlizamanlının ifasında torpağa, Vətənə həsr olunmuş mahnılar səsləndirilib, Azərbaycan xalqının qəhrəmanlıq tarixindən, 44 günlük tarixi zəfərimizdən söhbət açılıb. Həmçinin, təqdimatda iştirak edən qazilər öz döyüş yollarından bəhs ediblər.


MANŞET XƏBƏRLƏRİ