Zəngəzur dəhlizinin yeni xəritəsi yayıldı - FOTO


Bu gün Azərbaycanla Türkiyə arasında strateji nəqliyyat əlaqələrinin mühüm hissəsi hesab edilən Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli qoyulacaq.

Turkustan.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu layihənin təxminən 110 milyard lirə investisiya dəyərinə malik olduğunu bildirib.

Onun sözlərinə görə, daha əvvəl 2,4 milyard avro həcmində xarici kredit təmin edilib və bu xətt ölkəyə əlavə valyuta gəliri gətirəcək.

Yeni dəmir yolu xətti 224 kilometr uzunluğunda, iki xəttli, elektrikləşdirilmiş və sinyalizasiyalı şəkildə inşa olunacaq.

Nazir qeyd edib ki, xəttin illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma gücü olacaq. Layihə çərçivəsində 5 tunel, 19 açıq-qapalı tunel, 10 körpü, 144 yeraltı keçid, 27 yerüstü keçid və 480 suötürücü qurğu inşa ediləcək.

Tikintinin 2029-cu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Uraloğlu Qars-İğdır-Aralıq-Dilucu xəttinin Zəngəzur dəhlizinin ayrılmaz hissəsi olacağına diqqət çəkib. O bildirib ki, bu layihə sayəsində Türkiyə yalnız tranzit ölkə kimi deyil, həm də regional əməkdaşlıq və iqtisadi inkişafın mərkəzi kimi çıxış edəcək:

“Zəngəzur dəhlizi Xəzər və Aralıq dənizi hövzələri arasında yeni ticarət yolunu açacaq. Bu addım Avrasiya tədarük şəbəkələrini gücləndirəcək və Orta Dəhlizin yükdaşıma gücünü artıracaq. Layihə həm də bölgədə təhlükəsizliyin və iqtisadi yüksəlişin mühüm infrastrukturuna çevriləcək.”

Nazir əlavə edib ki, bu dəhlizin işə düşməsi ilə birlikdə Türkiyə Asiya ilə Avropa arasında ən sabit bağlantı nöqtəsi kimi mövqeyini möhkəmləndirəcək. /bakupost.az/
Zəngəzur dəhlizinin yeni xəritəsi yayıldı - FOTO


MANŞET XƏBƏRLƏRİ