Bakıda II Türk İnteqrasiya Olimpiadasının finalı keçirildi


Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib.

Tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq açıb.

O qeyd edib ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”, – kimi tarixi fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı oldu.

Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçısı Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədədir”.

Ş.Sadiq diqqətə çatdırıb ki, dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir: “Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.

300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə almaqla bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə çıxdığımız yolda dörd əsas məqsəd var:

- türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;

- Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

- türk xalqları yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

- türk xalqlarının “işdə, dildə, əməldə birliy”i dərk etmələri və ortaq mədəniyyətə sahib olduqlarını əyani göstərmələri”.

Şəmil Sadiq nəzərə çatdırıb ki, olimpiadanın 2025-ci il buraxılışında – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qaqauz elindən 13-16 yaş aralığında olan şagirdlər iştirak ediblər.

İdeya müəllifi onu da bildirib ki, ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur: “Bu kimi addımlarla sözügedən prosesi daha da sürətləndirə bilərik. Niyə Türk dünyasına elm günəşi Azərbaycandan doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!”

Şəmil Sadiq əlavə edib ki, hazırda Bakıda final turu – Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçirilir: “Olimpiadanın filan turunda 8 ölkədən 100-dən çox şagird iştirak edir”.

Mükafatlandırma tədbirindən əvvəl təşkilat komitəsi üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Mükafatlandırma mərasimində Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova, Millət Vəkilləri Vuqar Rəhimzadə, Ceyhun Məmmədov, Türkiyədən Nəsibə Aydın Okullarının qurucusu Nəsibə Aydın xanım, TESAM başqanı dr.İlyas Bozkurt, elm xadimləri, təhsil müəssisələri rəhbərləri, ictaimiyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak etmişdir.

2-ci Türk İnteqrasiya Olimpiadasının ölkə seçim mərhələsi aprel ayı, online formada təşkil olunmuşdur. Olimpiadanın 1-ci mərhələsində 8 ölkədən, 1741 məktəbdən, 3000 nəfərdən çox şagird iştirak edib. Bu iştirakçılardan 170 nəfər şagird final mərhələsində iştirak üçün haqq qazanıb.

Final mərhələsində biliklərini sınayan şagirdlərdən 20 nəfər qızıl medal, 20 nəfər gümüş, 20 nəfər bürünc medalla təltif ediləcək.

Bundan əlavə ən yüksək nəticə göstərən 3 nəfər şagird Doğu Akdeniz Universitetindən 100 faiz təqaüd əldə edəcək.

Mükafatlandırma mərasimi Bakı şəhərində “Grand Neon” restoranında baş tutub. Qaliblərə medallar və sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.

İştirakçılar içərisində «Yaxşıların yaxşısı» nominasiyasının qalibi şagird «Qızıl alma» mükafatına layiq görülüb.

Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında artıq 2-ci dəfə keçirilən Türk İnteqrasiya Olimpiadasının bu ilki buraxılışının təşkilatçıları, TÜRKSOY, Azərbaycan Atatürk Mərkəzi, Doğu Akdeniz Universiteti, Turan Universiteti, Azərbaycan Dövlət Televiziyası və Hədəf Şirkətlər Qrupudur.

Layihəyə dəstək verən qurumlar SinKod, Faiqoğlu MMC, MUSİAD Azərbaycan, Nəsibə Aydın Məktəbləri, CASFEN, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi, ELTA, Kipr-Azərbaycan Dostluq Cəmiyyəti, E12, HiLanguages və Hədəf Globaldır.

TİO Təşkilat Komitəsinin qərarına əsasən 3-cü Türk İnteqrasiya Olimpiadasının final mərhələsi 2026-cı ildə Ankara şəhərində təşkil olunacaq.

elma ve yazı görseli olabilir

2 kişi ve yazı görseli olabilir

‎6 kişi, kürsü ve ‎şunu diyen bir yazı '‎dünyosdm! Birin ailonia Tirk 3y4 س Nesibe NesibeAydın A Aydın Okulları FAId MUSIAD MUSIABA212 AZERBAYCAN ਦ12 utdibELTA utdib ELTN e HaDaF GLOBAL KPh:‎'‎‎ görseli olabilir

1 kişi, kürsü ve yazı görseli olabilir

5 kişi ve yazı görseli olabilir

18 kişi, kürsü ve yazı görseli olabilir

12 kişi ve kalabalık görseli olabilir

2 kişi, haber odası ve şunu diyen bir yazı 'eschool Tahsilin Maktab wv 16+ ölka វធំ4 4 GA GünAZ GünAZ TV' görseli olabilir

13 kişi ve yazı görseli olabilir

‎2 kişi ve ‎şunu diyen bir yazı '‎م FAIQOĞLU ਦੇ B I I‎'‎‎ görseli olabilir

3 kişi ve yazı görseli olabilir

3 kişi ve yazı görseli olabilir

3 kişi ve yazı görseli olabilir

3 kişi ve şunu diyen bir yazı '၅၉ শত GROUP 달디 HEDEF TURKSOY TURAN UNIVERSITY AZ Il TÜRK INTEARASIYA RASİYAOLiMPIADAS LIMPIADASI linyobdir! Nesibe NesibeAydın Aydın Okullari USi AZERBAYCA qutdiELTA - M qutdib ELTN แษก Naaal CE LODAMTPR: LOD imPh:' görseli olabilir

1 kişi, haber odası ve yazı görseli olabilir

2 kişi ve yazı görseli olabilir

2 kişi görseli olabilir

3 kişi, haber odası ve yazı görseli olabilir

2 kişi ve yazı görseli olabilir

5 kişi görseli olabilir

3 kişi görseli olabilir

‎5 kişi ve ‎şunu diyen bir yazı '‎chool 5 12' Kurs nناiى ilinB12's B12's‎'‎‎ görseli olabilir

3 kişi ve şunu diyen bir yazı '1 si 16+ .PKurs n B12'si d 1 's.az Şagird' görseli olabilir

10 kişi, çocuk ve yazı görseli olabilir

6 kişi ve yazı görseli olabilir

2 kişi ve yazı görseli olabilir

3 kişi ve yazı görseli olabilir

6 kişi görseli olabilir

‎2 kişi ve ‎şunu diyen bir yazı '‎. USIAD AZERBAYCAN ש ၅၉ -E0 Hep GLOL INgIOTIVE ENTER‎'‎‎ görseli olabilir

2 kişi ve yazı görseli olabilir

2 kişi, haber odası, kürsü ve yazı görseli olabilir

7 kişi ve yazı görseli olabilir

8 kişi ve yazı görseli olabilir

2 kişi ve yazı görseli olabilir

8 kişi, kürsü ve yazı görseli olabilir

12 kişi ve takım elbise görseli olabilir

13 kişi ve anıt görseli olabilir


MANŞET XƏBƏRLƏRİ