Xəbər verdiyimiz kimi, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl hücuma məruz qalıb. Ona hücum edən şəxsin təhlükəsizlik orqanlarındakı ilk açıqlaması məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler.com” məlumat yayıb.
“Hücum etmək niyyətim yox idi, gördüyüm zaman əsəblərimi cilovlaya bilmədim. CHP-dən yemək kartı istədim, vermədilər, buna görə də qəzəbləndim”-deyə o bildirib./Globalinfo.az
xxx
CHP lideri Özgür Özələ hücum edildi.
Turkustan.az xəbər verir ki, bu gün Atatürk Kültür Mərkəzində Sırrı Süreyya Öndərin vida mərasimindən çıxan Özgür Özılə bir nəfər hücum edib və onu yumruqla vurub.
Daxili İşlər Naziri Ali Yerlikayanın bildirdiyinə görə olatyı törədən şəxs artıq saxlanılıb.
Prezident Ərdoğan Özgür Özəllə telefonla danışıb, hadisədən təəssüfünü ifadə edib. Hadisənin ciddi şəkildə araşdırılacağıni bildirib.