ABŞ Çinlə müharibəyə belə hazırlaşır - VSJ


ABŞ ordusu Hind-Sakit okean regionunda Çinlə mümkün münaqişə vəziyyətində yeni mobil bölmələr yaradır.

Turkustan.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.

"Bu qüvvələrin məqsədi Çin hədəflərini qurudan vurmaq, döyüş zonası haqqında qiymətli məlumat toplamaq və ABŞ Hərbi Hava Qüvvələri, eləcə də Hərbi Dəniz Qüvvələri üçün manevr imkanı yaratmaqdır. Bu bölmələr artilleriya, o cümlədən biri artıq Filippində yerləşdirilən və materik Çinə qədər olan hədəfləri vura bilən "Tayfun" buraxılış qurğuları ilə dəstəklənməlidir", - qeyd olunub. /axar.az/


MANŞET XƏBƏRLƏRİ