RHİMİB sədri özbək yazarlarla görüşüb - FOTOLAR


“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova ölkəmizdə səfərdə olan özbək yazarları ilə görüşüb.

Qardaş ölkə Özbəkistana səfərlərini və Azərbaycana gəlmiş özbək aydınları ilə öncəki görüşlərini xatırladan Arzu Bağırova ürək sözlərini bölüşüb:

“Əslində, siz Azərbaycanda qonaq deyilsiniz - bir ölkənizdən, digər ölkənizə gəlmisiniz. Bu yanaşma, elə bilirəm, bütün qardaş ölkələrimiz üçün keçərlidir. Biz də Özbəkistanda, digər qardaş ölkələrdə özümüzü qərib saymırıq.

İşbirliyimizin möhkəmlənməsində yazarların, aydınların rolu danılmazdır. Bu anlamda, sizlərin Azərbaycana səfəriniz, burada kitab təqdimatı keçirməyiniz təqdirəlayiqdir.

Çox şadıq ki, artıq Türk Dövlətləri Təşkilatları yaranıb, ortaq türk qurumları öz fəaliyyətini genişləndirir. Qardaş Özbəkistanın ortaq türk qurumlarında yaxından iştirakı sevindirici - gücümüzə güc qatan önəmli faktordur.

Fikir adamlarımızın dediyi kimi, yolumuz “ortaq keçmişdən ortaq gələcəyə”dir!

Hər birinizi bir daha salamlayır, görüşümüzdən məmnun olduğumuzu bildirirəm”.

Özbəkistanın Jurnalistika va Rabitə Universitetinin Nəşriyyat fakültəsinin dekanı, ədəbiyyatşünas alim Akbar Nurmatov , şair-publisist Зебо Омонова Özbəkistan parlamentinin orqanı “Xalq sözü” qəzetinin əməkdaşı, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, şair-tərcüməçi Раҳмат Бобожон qardaş ölkənin ictimai, ədəbi-mədəni və elm-təhsil həyatı barədə danışıb.

Azərbaycanla, digər türk ölkə və topluluqları ilə işbirliyində maraqlı olduqlarını vurğulayan özbək aydınları qarşılıqlı maraq doğuran mövzuların müzakirəsi, yeni əlaqələr qurmaq baxımından Azərbaycana səfərin önəmini qeyd edib, məmnunluq duyduqlarını bildiriblər.

Özbək aydınları ilə görüşdə ortaq layihələr, o cümlədən birgə nəşrlər və s. barəsində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, DGTYB Məsləhət Şurasının başqanı Ekber Qoşalı , Azərbaycan Yazıçılar Birliyinin üzvü- yazıçı , Kanan Hacı DGTYB IB rəhbəri - İntiqam Yaşar , şair - qiraətçi Xəzər Süleymanlı , şair- Aqşin Evrən , RHİMİB Layihələrlə iş üzrə koordinatoru Nilufer Letif iştirak ediblər.

Bir 4 nəfər şəkili ola bilərBir 6 nəfər şəkili ola bilər

Bir 2 nəfər şəkili ola bilərBir 10 nəfər, dərs oxuyan insanlar, suşi və cədvəl şəkili ola bilər


MANŞET XƏBƏRLƏRİ