Xəlil Rza Ulutürkün anım günüdür...


Mən cığır yox, tarixin kəhkəşantək yoluyam,

Dədə Qorqud, Alpamış, Manasam, Koroğluyam.

Şeirin, elmin, rübabın ilk bahar nəsimiyəm,

Türküstanda Farabi, İraqda Nəsimiyəm.

Bir qanadım Nəvai, o biri Yunus Əmrə" deyə bütün cahana "Mən Türkəm!" hayqıran, uzaq Lefortovo zindanının zülmət qaranlığında qələmi ilə "qolundakı zəncirləri qıran", mücadiləsi ilə həmişəyaşar olan ilə Azadlıq aşiqi, milli məfkurə adamı, istiqlal şairimiz, Türkün ulusu Xəlil Rza Ulutürkün anım günüdür bu gün! (21 oktyabr 1982 - 22 iyun 1984)

Xəlil Rza Ulutürk həm də şəhid atasıdır...Qarabağın azadlığı uğrunda canından keçən şəhid qardaşımız, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin atası...
İşıqlı ruhlarına salam olsun!

Xəyalə


MANŞET XƏBƏRLƏRİ