Mədəniyyət və Turizm naziri Mehmet Ersoy Antalyanın Belek Turizm Bölgəsindəki Nest Konqres Mərkəzində keçirilən “13-cü Beynəlxalq Kurort Turizmi Konqresi”nin açılışında çıxış edib. Turizmdə daha bir ili başa vurduqlarını bildirərək, turizm rəqəmlərini bu şəkildə qeyd edib:
"2023-cü il Yanvar-oktyabr aylarında qəbul etdiyimiz ümumi ziyarətçi sayı 50,2 milyon nəfəri ötüb. Türkiyəni tətil istiqaməti seçən xarici turistlərin sayı bu 10 ay ərzində, əvvəlki ilin eyni dövrünə nisbətən 11,58 faiz artım göstərib. Turizm gəlirləri baxımından isə, 2023 Yanvar-Sentyabr müddətində 42 milyard dollar gəlir əldə edilib. Keçən ilin eyni müddətində əldə edilmiş 35 milyard dollarlıq gəlir ilə müqayisədə, 20 faizlik bir artım müşahidə olunur."
Türkiyənin turizmdə dünyanın super liqasında olduğuna diqqət çəkən nazir Ersoy, 2028-ci ildə hədəflərinin çox daha yüksək olduğunu, turizm-sənaye həmkarlarının dəstəyi ilə hədəflərinə nail olacaqlarını bildirdi.
TGA ilə 200 ölkədə tanıtım işi Nazir Mehmet Ersoy Türkiyənin geosiyasi mövqeyinə görə keçmişdə olduğu kimi bu gün də böhranlar, regional münaqişələr, müharibələr, təbii fəlakətlər və qlobal problemlərlə üzləşdiyini bildirib.
Qlobal və regional böhranlara qarşı toxunulmazlığı artırmaq, keyfiyyətli turistləri Türkiyəyə cəlb etmək və turizm gəliri hədəflərini yüksəltmək məqsədi ilə 2019-cu ildə Türkiyə Turizm Təbliğ və İnkişaf Agentliyini (TGA) qurduğunu xatırladan nazir Ersoy, TGA'nın böhran dövrlərində tanıtım fəaliyyətlərinə qədər bir çox uğurlu layihəyə imza atdığı bildirdi.
Mehmet Ersoy, TGA ilə 33 ölkənin milli kanallarında intensiv tanıtımlar etdiklərini və təxminən 200 ölkədə rəqəmsal tanıtım fəaliyyətləri həyata keçirdiklərini bildirib. Rəsmi turizm platforması olan “GoTürkiye” internet saytının 10 fərqli dildə yayımlandığını bildirən nazir Ersoy, bu platformanın tarix, sağlamlıq, təbiət, inanc, velosiped, qolf turizmi, qastronomiya kimi 60-a yaxın mövzuda müxtəlif başlıqları olduğunu qeyd etdi.
Dünyanın hər yerindən mətbuat mənsublarının, influencer və turoperatorların Türkiyəyə qonaq etdiklərini xatırladan nazir Ersoy sözlərini belə davam etdirdi:
“20 noyabr tarixində verilən məlumata əsasən, ilin başlanğıcından etibarən 85 müxtəlif ölkədən 3140 mətbuat mənsubu və influencer, 3117 tur operatoru olmaqla, ümumilikdə 6257 nəfər Türkiyənin 73 şəhərində keçirilən 424 ayrı qonaqpərvərlik tədbirində iştirak edib. Bu müddət ərzində yalnız Antalyada 75 fərqli ölkədən təxminən 1680 nəfər qonaq olub”. Səslənişin davamında il sonunadək tanıtım işlərini davam etdirəcəklərini və 81 şəhərin hər birinin bu qonaqpərvərlik fəaliyyətlərinə daxil ediləcəyini də vurğuladı.