Qazaxıstanda keçirilən antiterror əməliyyatında 12 nəfər saxlanıldı


Qazaxıstanda keçirilən antiterror əməliyyatında 12 nəfər dövlət sifarişinə zidd fəaliyyətlə məşğul olduqları və qeyri-qanuni radikal təşkilata qoşulduqları əsaslarla saxlanılıb.

Turkustan.az xəbər verir ki, Qazaxıstan Milli Təhlükəsizlik Təşkilatından verilən açıqlamaya görə, Astana, Atırau və Cezkazqan şəhərlərində dünyəvi dövlət sisteminə qarşı fəaliyyət göstərdiyi müəyyən edilən qrupa qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı 12 nəfər dövlət asayişini pozmağa yönəlmiş təbliğat apardıqları və yeni tərəfdarların tapılması ilə fəal məşğul olduqları əsas gətirilərək saxlanılıb.

Adları və milliyyəti açıqlanmayan şübhəlilərin evlərində aparılan axtarışlar zamanı qanunsuz nəşrlər ələ keçirilib.

Saxlanılanların bəzilərinin polis əməkdaşını öldürmə, soyğunçuluq, hədə-qorxu ilə tələb etmə, oğurluq və zorlama kimi cinayətlərə görə məhkumluqlarının olduğu bildirilib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ