Tatar: “Ərdoğana təşəkkür edirik”


KKTC prezidenti Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Liderlər Zirvə Toplantısındakı çıxışında ölkəsinə verdiyi dəstəyə görə prezident Ərdoğana təşəkkür edib

Turkustan.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Liderlər Zirvə Toplantısına KKTC müşahidəçi üzv ölkə kimi qatılan prezident Tatar Lefkoşaya qayıdıb.

Ercan Hava Limanında mətbuat konfransı keçirən Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar, prezident Ərdoğanın Liderlər Zirvə toplantısındakı çıxışında KKTC-nin ədalətsiz embarqolara qarşı tək qalmaması lazım olduğunu vurğuladığını xatırladıb. "Hörmətli prezident Ərdoğana həm çıxışı, həm də zirvədəki bizə göstərdiyi maraq və qayğıya görə təşəkkür edirəm".

Tatar sammit çərçivəsində İƏT-in baş katibi Hüsrev Naziri və Pakistanın müvəqqəti hökumətinin baş naziri Ənvarul Hak Kakar ilə ikitərəfli görüşlər keçirdiyini ifadə edərək, sammitin KKTC ilə digər üzv ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı baxımından məhsuldar olduğunu bildirib. .

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ