Ukrayna hakimiyyəti xalqı mümkün referenduma və Rusiya tərəfi ilə danışıqlara hazırlayır.
Turkustan.az xəbər verir ki, bu sözləri “RİA Novosti” agentliyinə açıqlamasında türkiyəli analitik Engin Özer deyib.
Onun sözlərinə görə, belə bir proses dekabrın ortalarında başlaya bilər. O əlavə edib ki, Rusiyanın sülh konfransına dəvət edilməsinin mümkünlüyünü açıqlayan Vladimir Zelenskinin sözlərini mühüm adlandırmaq olar.
“Digər tərəfdən, Ukrayna prezidenti bu yaxınlarda bəyan etdi ki, bəzi mühüm qərarlar xalq tərəfindən qəbul edilməlidir. Eyni zamanda, münaqişənin hər iki tərəfi hələ də bir mövqedə razılığa gəlməkdən çox uzaqdır. Lakin Kiyev ən azı Amerika seçkilərinə qədər dinc ritorikanı gücləndirəcək”, - Özer qeyd edib.
Özer gələn ilin əvvəlində sülh sazişinin imzalanacağına və ya heç olmasa böhranın dondurulacağına ümid edir. (publika.az)