Bu tarixi fürsəti əldən verməməliyik - Rubinyan


Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanacağına ümid edir.

Turkustan,az xəbər verir ki, o, bunu NATO Parlament Assambleyasının sessiyasında çıxışı zamanı deyib.

Rubinyan Türkiyə ilə münasibətlərə də toxunaraq, bunun Ermənistanın xarici siyasət prioritetlərindən biri olaraq qaldığını vurğulayıb:

“Biz mehriban qonşuluq münasibətləri qurmaq üçün bu tarixi fürsəti əldən verməməliyik. Münasibətlərin normallaşdırılması təkcə regiona sabitlik və firavanlıq gətirməyəcək, həm də uzun müddətdir davam edən münaqişələrin dialoq və diplomatiya yolu ilə aradan qaldırılmasının mümkünlüyünü nümayiş etdirməklə qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək”, - o bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ