ABŞ-ın müdafiə naziri İsraili dəstəklədiyini bir daha bəyan etdi


ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Gallant ilə telefonla danışıb. Görüş zamanı Ostinin İsrailə dəstəyini bir daha təkrarladığı və Colan təpələrinə 12 nəfərin ölümü ilə nəticələnən hücumla bağlı məlumat mübadiləsi aparıldığı bildirilib.

Turkustan.az xəbər verir ki, Pentaqonun görüşlə bağlı verdiyi açıqlamada, “Müdafiə naziri Lloyd J. Austin 27 iyulda Livan Hizbullahının İsrailə qarşı həyata keçirdiyi hücumla bağlı İsrailin müdafiə naziri Yoav Gallant ilə görüşüb. Nazir Ostin Məcdəl Şəmsdə futbol oynayan 12 uşağın öldüyü və çox sayda mülki şəxsin yaralandığı dəhşətli hücumu ən sərt şəkildə qınadı. O, yaxınlarını itirənlərə başsağlığı verib, yaralananların tam sağalması üçün dua edib. Nazir Livan Hizbullahı da daxil olmaqla, İranın dəstəklədiyi bir sıra terrorçu qrupların İsrailə qarşı təhdidlərini müzakirə edib. Birlikdə onlar Qəzzada girov və atəşkəs razılaşması bağlamaq imkanını müzakirə etdilər və şimalda bütün hücumları dayandıracaq və İsrail-Livan sərhədinin hər iki tərəfindəki vətəndaşların təhlükəsiz şəkildə evlərinə qayıtmasına imkan verəcək diplomatik həll istiqamətində səyləri davam etdirdilər. Nəhayət, nazir Ostin İsrailin təhlükəsizliyinə və özünümüdafiə hüququna sarsılmaz sadiqliyini bir daha təsdiqlədi”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ