Rusiya Yuliya Navalnayı terrorçular siyahısına əlavə etdi


Rusiya fevralda həbsxanada ölən rusiyalı dissident Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanı terrorçu və ekstremistlər siyahısına daxil edib.

Turkustan.az xəbər verir ki, Navalnaya Rusiya Federasiyasının Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) saytında terrorçu və ekstremistlər siyahısına əlavə edilib.

Rusiyada məhkəmə iyulun 9-da ekstremist təşkilatlarda fəaliyyət göstərdiyi müəyyən edilən Navalnayanın qiyabi həbsinə order verib.

Rusiya Federal Penitensiar Xidməti Navalnının fevralın 16-da həbsxanada öldüyünü bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ