Hizbullah Amerikan əsgərlərini hədəf aldı


Hizbullahın İsrailə raket hücumu nəticəsində aralarında ABŞ vətəndaşlarının da olduğu 4 İsrail əsgəri yaralanıb.

Turkustan.az xəbər verir ki, Hizbullahın Livandan həyata keçirdiyi raket hücumu nəticəsində İsraillə iş aparan pilotsuz uçuş aparatı (PUA) şirkətini təmsil edən ABŞ vətəndaşının da yaralandığı bildirilib.

CBS News-un ABŞ rəsmilərinə əsaslanaraq verdiyi məlumata görə, İsrail-Livan sərhədində gərginlik artdıqca, Hizbullahın son vaxtlar artan raket hücumları nəticəsində bir amerikalı mülki şəxs yaralanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü İsraillə işləyən pilotsuz təyyarə şirkətini təmsil edən ABŞ vətəndaşlarının yaralandığını təsdiqləyib, lakin əlavə məlumat verməyib.

Sözçü ABŞ-ın Qərbi Qüdsdəki səfirliyinin yaralıya və ailəsinə kömək etdiyini bildirib və ABŞ vətəndaşlarını İsrail və İordan çayının qərb sahilində diqqətli olmağa çağırıb.

7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrail, şimal sərhədində də Livan Hizbullahı ilə toqquşur.

İsrail və Livan arasında "Mavi xətt" adlanan sərhəd xəttində son həftələrdə gərginlik artmaqdadır.

Hizbullahın yüksək səviyyəli səhra komandiri Məhəmməd Nime Nasser iyulun 3-də İsrail ordusunun Livanın cənubundakı Sur şəhərinə hücumu zamanı həlak olub.

Sözügedən hücuma cavab olaraq Hizbullah iyulun 4-də İsrailin şimalına 20 İHA və təxminən 200 raket atıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ