İranda sünni-şiə qarşıdurması güclənir


İranda sünnilərə qarşı dini ayrı-seçkilik siyasəti güclənib.

Turkustan.az xəbər verir ki, iyunun 3-də İranın Kerman əyalətinin Bəm şəhərində sünnilərin yeganə ibadətgahı hökumət qüvvələri tərəfindən dağıdılıb.

Şiələrin çoxluq təşkil etdiyi bir çox şəhərlər kimi, Bəm şəhərində də sünnilərə məscid tikməyə icazə verilməyib və bu səbəbdən onlar bir salondan ibadət otağı kimi istifadə ediblər.

Qeyd edək ki, İranda sünni əqidəli vətəndaşların hələ də Tehranda və bir çox böyük şəhərlərdə məscidi yoxdur və kirayə evlərdən və digər yerlərdən ibadət yeri kimi istifadə edirlər. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ