"ABŞ lideri İsraili tək buraxıb" - Tramp Baydeni TƏNQİD ETDİ


"ABŞ Prezidenti Co Bayden İsraili tək buraxıb".

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş lideri Donald Tramp bildirib. Onun açıqlamasını “Newsmax” yayımlayıb.

“Baydenin İsrailə qarşı etdiyi hərəkət biabırçılıqdır. Əgər hər hansı bir yəhudi Co Baydenə səs veribsə, o, özündən utanmalıdır. Bayden, İsraili tək qoyub.”, - Tramp jurnalistlərə bildirib.

Qeyd edək ki, mayın 8-də Co Bayden CNN telekanalına müsahibəsində Qəzza zolağının Rəfah şəhərində böyük hərbi əməliyyat olacağı təqdirdə ABŞ-nin İsrailə silah tədarükünü dayandıracağını deyib.

Həmin gün ABŞ-nin müdafiə naziri Lloyd Ostin bəyan edib ki, Vaşinqton Rəfah ətrafındakı vəziyyətlə əlaqədar bir müddət İsrailə hərbi yardımı dayandıracaq. Pentaqon rəhbərinin sözlərinə görə, tədarüklə bağlı yekun qərarlar qəbul edilməyib.


MANŞET XƏBƏRLƏRİ