Baqrat Ermənistanın baş naziri ola bilməz! – İlginc səbəb


“Hazırda İrəvanda aksiyaya rəhbərlik edən yepiskop Baqrat Qalstyan baş nazir olmalıdır”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

O bildirib ki, Baqratın rəhbərliyi ilə müvəqqəti hökumət qurulmalıdır:

“Hesab edirəm, Baqrat Qalstyan Ermənistanın baş nazirliyinə namizədliyini irəli sürməlidir. Yəqin ki, belə də olacaq. Onun rəhbərliyi ilə müvəqqəti hökumət qurulacaq, bəzi problemlər həll olunacaq. Erməni xalqı sakitləşdikdən sonra sabit şəraitdə seçkilər keçiriləcək və əsas hökumət qurulacaq”.

Ermənistanın “Haykakan jamanak” qəzeti isə B.Qalstyanın baş nazir ola bilməyəcəyini yazıb.

Nəşr bildirir ki, buna səbəb onun iki vətəndaşlığının olmasıdır: dini lider Ermənistanla yanaşı, Kanada vətəndaşıdır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ