Netanyahu həbs qorxusu ilə sarsıldı: Dünya liderlərinə müraciət etdi


İsrailin baş naziri Benyamin Netanyahu dünya liderlərini Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrail rəsmilərinin həbsinə order verməsinin qarşısını almağa çağırıb.

Turkustan.az xəbər verir ki, Netanyahu çıxışını sosial media platformasında yayımlayıb

Netanyahu ICC-yə deyib: “Haaqada (Hollandiyada yerləşir) və ya başqa yerdə qəbul edilən heç bir qərar müharibənin bütün məqsədlərinə (2023-cü il oktyabrın 7-dən Qəzzada) nail olmaq əzmini zəiflədə bilməz. O, verdiyi ifadələrə etiraz edib.

İsrailin baş naziri bildirib ki, Qəzza zolağına edilən hücumların məqsədi “oğurlananların hamısını azad etmək, HƏMAS-a qarşı mütləq qələbəyə nail olmaq və Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmamasını təmin etməkdir”.

Livanda Livan və Fələstin qrupları ilə qarşılıqlı hücumlara işarə edən Netanyahu, "Müharibənin digər məqsədinin təhlükəsizliyin bərpa edilməsi və vətəndaşların şimala (Livan sərhədlərindəki kənd və qəsəbələrə) yerləşdirilməsi" olduğunu bildirib .

Netanyahu, "Biz Rəfaha (Misir sərhədində Qəzza zolağının cənubuna) girəcəyik və seçimimiz yoxdur. Orada HƏMAS briqadalarını məhv edəcəyik və müharibənin bütün məqsədlərinə nail olacağıq" dedi.

Rəfahın " Həmasın son qalası" olduğu səbəbiylə fəlakətlə nəticələnəcəyinə dair beynəlxalq xəbərdarlıqlara baxmayaraq işğalda israr edən Netanyahu, "Bizim buna mane olmaq istəyən çoxlu qüvvələr var və son vaxtlar ICC onlara qoşuldu." dedi.

Netanyahu, "Məhkəmənin İsrail üzərində heç bir səlahiyyəti yoxdur; hərbi cinayətlər səbəbiylə hərbi və dövlət rəsmilərinə qarşı həbs qərarı vermə ehtimalı tarixi qalmaqal və antisemitizmdir" dedi .

Netanyahu həbs qərarı verilməsinin mümkünlüyünə işarə edərək, “azad dünyanın liderlərini bu təhlükəli addımı dayandırmaq üçün bütün təsir imkanlarından istifadə etməyə” çağırıb .

Aprelin 19-da İsraildə yayımlanan Kanal 12 televiziyasının xəbərində BCM-nin Qəzza zolağında müharibə cinayətləri törətdikləri səbəbilə baş nazir Benyamin Netanyahu və yüksək vəzifəli İsrail rəsmiləri üçün beynəlxalq həbs qərarı çıxarmaq üzərində işlədiyi açıqlanıb.

İsrailin "Walla" internet saytında yer alan xəbərdə, İsrail rəsmilərinin son iki həftədə BCM-nin Netanyahu, müdafiə naziri Yoav Gallant və İsrail Baş Qərargah rəisi Herzi Halevi üçün həbs orderi verməyə hazırlaşmasından daha çox narahat olduğu bildirilib.

İsrail Xarici İşlər Nazirliyi həmçinin dünyadakı səfirliklərindən BCM-nin İsrail rəsmilərinin həbsinə order verəcəyi təqdirdə yarana biləcək fəsadlara hazır olmalarını xahiş edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ