ABŞ-lı professor: “Bayden qalib gələcək”


1984-cü ildən bəri ABŞ-da keçirilən hər prezident seçkilərinin nəticəsini düzgün proqnozlaşdıran tarixçi hazırkı prezident Co Baydenin noyabrda Respublikaçı Donald Trampa qalib gələcəyini iddia edib.

Turkustan.az xəbər verir ki, Vaşinqtondakı Amerika Universitetinin tarix professoru Allan Lichtman “13 açar” adlandırdığı sistemlə prezidentliyə namizədlərin uğur ehtimallarını hesablayır.

Lixtman qeyd edir ki, onun texnikası sorğulara və ya namizədlərin təşviqat fəaliyyətinə deyil, yalnız tarixi faktorlara əsaslanır. “13 açar” siyahısına iqtisadiyyatdan hərbi nailiyyətlərə, lider xarizmasından tutmuş partiyadaxili rəqabətə qədər müxtəlif meyarlar daxildir. Bayden seçkilərə 8 ay qalmış keçirilən sorğularda rəqibi Trampın arxasında görünməyə davam etsə də, professor Lixtmanın fikrincə, işlər hələ də ABŞ prezidentinin xeyrinədir. Lichtman bildirir ki, Baydenin itirməsi üçün 13 açardan ibarət siyahıdan daha 6 maddə aşağı düşməlidir. Başqa sözlə, Baydenin Trampa uduzması üçün qarşıdakı dövrdə “daha ​​çox səhvlərə yol verməsi” lazımdır.

Yeni sorğuya görə, amerikalılar keçmiş prezident Trampın səlahiyyət müddətini yaxşı xatırlayırlar. Amerikanın CNN telekanalının son sorğusu hazırkı prezident Co Baydeni rəqibi Trampı geridə qoyan göstəricilərə yenisini əlavə edib . Sorğunun nəticələrinə görə, amerikalıların 55 faizi Trampın 2016-2020-ci illərdə prezidentliyinin “uğurlu” olduğunu bildirib. 2021-ci ilin yanvarında Tramp vəzifəsini tərk edəndə seçicilərin 55 faizi Tramp dövrünü uğursuz hesab edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ