ABŞ Dövlət Departamentində Qəzza istefası


ABŞ Dövlət Departamentinin Ərəbcə sözçüsü Hala Rharrit ABŞ-ın Qəzzaya münasibətinə görə vəzifəsindən istefa verdiyini açıqlayıb. Rharrit 18 il ABŞ Dövlət Departamentində çalışıb.

Turkustan.az xəbər verir ki, Amerikada universitetlərdə Qəzzaya dəstək etirazlarının yayıldığı günlərdə ABŞ Dövlət Departamentinin rəsmisi Hala Rharrit LinkedIn-də verdiyi açıqlamada istefa verdiyini açıqlayıb. Rharrit LinkedIn hesabında verdiyi açıqlamada, "ABŞ-ın Qəzza siyasətinə qarşı 18 illik görkəmli xidmətdən sonra 2024-cü ilin aprelində istefa verdim" dedi.

Xarici İşlər Nazirliyinin saytında bildirilib ki, Rharritin səlahiyyət müddəti aprelin 24-də başa çatıb.

Dubay Regional Media Mərkəzinin direktor müavini olan Rharrit təxminən 20 il əvvəl ABŞ Dövlət Departamentinə siyasi və insan haqları üzrə məsul işçi kimi qatılıb.

Təxminən bir ay əvvəl ABŞ Dövlət Departamentinin İnsan Haqları Ofisindən Annel Şelayn və 2023-cü ilin oktyabrında Dövlət Departamentinin əməkdaşı Coş Pol oxşar narahatlıq və tənqidləri ifadə edərək istefa verdiklərini açıqladılar.

Rharritin istefası ABŞ-ın Qəzza və İsraillə bağlı siyasətinə görə Dövlət Departamentində ən azı üçüncü istefa idi, ABŞ Təhsil Departamentində çalışan yüksək səviyyəli Fələstin-ABŞ rəsmisi Tarik Habaş da yanvar ayında işini tərk edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ