Qəzzada BMT komandasının yerləşdiyi ərazidə atəş açılıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stephane Dujarric, BMT komandasının Qəzza zolağının sahillərində tikiləcək körpü bölgəsini ziyarət edərkən atəş açıldığını və komandanın bir müddət sığınacaqda gizləndiyini bildirib.

Turkustan.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları davam edərkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) komandasının yerləşdiyi əraziyə atəş açılıb. BMT-nin sözçüsü Stephane Dujarric verdiyi açıqlamada, BMT komandasının Qəzza zolağının sahillərində tikiləcək körpü sahəsini ziyarət edərkən atəş açıldığını və qrupun bir müddət sığınacaqda gizləndiyini bildirib.

Komandadan təxminən 100 metr aralıda iki güllənin dəydiyini bildirən Dujarric, hadisədə xəsarət alan olmadığını və komandanın səfərini davam etdirdiyini açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ