Rusiya Ukraynaya ballistik raket hücum etdi


Ukrayna Rusiya ordusunun səhər saatlarında paytaxt Kiyevə ballistik raketlərlə hücuma keçdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada, Rusiyanın bu gecə “Şahed” model pilotsuz uçuş aparatları (PUA) ilə, səhər saatlarında isə ballistik raketlərlə Ukrayna ərazisinə hücum etdiyi bildirilib.

Açıqlamada, ümumilikdə 18 Rusiya PUA-nın aşkar edildiyi və əksəriyyətinin Mikolayiv bölgəsində olmaqla bütün PUA-ların məhv edildiyi bildirilib.

Açıqlamada Rusiya ordusunun yerli vaxtla saat 04:00 radələrində Kiyev bölgəsinə 8 ballistik raketlə hücum etdiyi və raketlərin hamısının Ukrayna zenit-raket bölmələri tərəfindən Kiyev yaxınlığında məhv edildiyi bildirilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko da administrasiyanın Telegram-kanalındakı paylaşımında Kiyevin Darnitsa rayonuna raket hissələrinin düşməsi nəticəsində 4 nəfərin yaralandığını, evlərə ziyan dəydiyini bildirib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ