2023-cü ildə ABŞ-da silahlı hücumlar nəticəsində 40 mindən çox insan həlak oldu


ABŞ-da yerləşən Silahlı Şiddət Arxivi qeyri-hökumət təşkilatının açıqladığı məlumatlara görə, 2023-cü ildə ölkədə silahlı hücumlar və buna bağlı zorakılıqlar nəticəsində 40 min 597 adam həyatını itirib. ABŞ-da günü-gündən artan fərdi silahlanma müzakirə mövzusudur.

Fərdi silahlanma Amerika xalqını öldürməyə davam edir.

Turkustan.az xəbər verir ki, silahlı Şiddət Arxivinin 2023-cü il hesabatına görə, silahlı hücumlar və buna bağlı zorakılıqlar nəticəsində 40 min 597 adam həyatını itirib. Hesabata görə, 2023-cü ildə 17 min 827 nəfər silahlı hücumlarda, 22 min 770 nəfər isə intihar nəticəsində həyatını itirəcək; 34 min 546 nəfər yaralanıb.

Hesabatda 2023-cü ildə 0-11 yaş aralığında 280, 12-17 yaş aralığında isə 1318 uşağın zorakılıq hadisələri nəticəsində həyatını itirdiyi bildirilib. Silahlı hücumlar və şiddət hadisələri nəticəsində yaralanan uşaq sayı 4 min 311 olaraq qeyd edildi. Arxivin məlumatına görə, 2023-cü ildə 46 polis xidməti vəzifəsini yerinə yetirərkən həlak olub, 355 polis əməkdaşı yaralanıb.

Oktyabrın 25-də ABŞ-ın Men ştatında baş verən silahlı hücumda 18 nəfər ölüb, 13 nəfər yaralanıb. Hücum Men ştatının qubernatoru Janet Mils tərəfindən ilin "ən ölümcül" hücumu kimi təsvir edilib. Hücum edən Robert Kart 2 günlük axtarışdan sonra Lissabonda ölü tapılıb.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ