İsrail-Fələstin müharibəsini fürsət kimi dəyərləndirən ABŞ terror təşkilatı PKK ilə Suriyanın Haseke və Deyr əz-Zor bölgələrində genişmiqyaslı təlimlərə başlayıb.
Turkustan.az xəbər verir ki, Qəzzada yaranmış vəziyyətdən istifadə edən ABŞ-ın Suriyanın Hasəkə və Əyr-i Zor bölgələrində terror təşkilatı PKK/YPG ilə geniş təlimlər keçirdiyi üzə çıxıb.
Əl-Məyadin qəzetinin məlumatına görə, ABŞ əsgərləri İranın nəzarətində olan milis qüvvələrinin son hücumlarını bəhanə edərək, Həsəkənin şimal-qərbində yerləşən Qəsrak və Tell Baidar bazalarına helikopterlər və pilotsuz uçuş aparatları da daxil olmaqla real hücumlar həyata keçirib. Deyr əz-Zorun şimalında yerləşən Konoko bazasında döyüş sursatı ilə təlimlər keçirdikləri bildirilib.
Təlimlərə ABŞ-ın yaratdığı PKK/YPG-nin “xüsusi təyinatlıları”nın da qatıldığı bildirilib. Qəzetə danışan yerli mənbələr təlimin ABŞ-ın “Mavi ox” adlandırdığı və Suriyanın işğal olunmuş bölgələrindəki bazaların iştirakı ilə bir neçə gün davam edəcək təlimlər silsiləsinin bir hissəsi olduğunu bildirib.
Eltac/Turkustan.az