İordaniya Qəzzaya yardım təyyarəsi göndərdi


Bildirilib ki, İordaniya İsrailin hücumları başladığı 7 oktyabrdan bəri Qəzza zolağına ondan çox yardım təyyarəsi göndərib.

Turkustan.az xəbər verir ki, İordaniya Haşimi Xeyriyyə Fondundan verilən yazılı açıqlamada Qəzzaya göndərilən yardım təyyarələrində tibbi ləvazimat, dərman, qida, uşaq qidası və paltar kimi ehtiyacların daşındığı bildirilib.

Bildirilib ki, Qəzza zolağına yardım təyyarələri ilə yanaşı, 286 ton ərzaq, hazır yemək, humanitar yardım və geyim daşıyan yük maşınları da göndərilib.

İordaniya ordusundan verilən açıqlamada tibbi ləvazimat və dərmanların Qəzza zolağının Xan Yunis şəhərindəki İordaniya Sahə Xəstəxanasına hava yolu ilə çatdırıldığı və bunun dördüncü endirmə olduğu bildirilib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ