G7 ölkələrinin dərc etdiyi ortaq bəyanatda Qəzza zolağında humanitar səyləri dəstəklədikləri ifadə edilərək, "Həm israillilərin, həm də fələstinlilərin ədalətli, daimi, təhlükəsiz və dinc bir həyatda yaşamasını təmin etməyi müdafiə edirik" dedi.
Turkustan.az xəbər verir ki, G7 ölkələrinin liderləri - ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya - qlobal çağırışları həll etmək və daha yaxşı gələcək üçün kursu müəyyənləşdirmək üçün onlayn bir araya gəldilər. Görüşdə Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib.
Görüşdən sonra verilən birgə bəyanatda deyilir: “Biz dünyanın hər yerində qlobal təhlükəsizliyi və insan ləyaqətini, eləcə də bütün xalqları, xüsusilə həssas təbəqələri qoruyan qanunun aliliyini qorumağa sadiqik. “Biz beynəlxalq sülh, firavanlıq və davamlı inkişaf yolunda həmişəkindən daha çox həmrəyik və G7-dən kənarda beynəlxalq tərəfdaşlarla əlaqələrimizi gücləndirmişik” dedi.
Eltac/Turkustan.az