“Global Tipping Points” hesabatına görə, dünyada iqlim üçün vacib olan beş təbii həddi aşmaq üzrədir. 2030-cu illərdə daha üç həddi aşdıqda, temperaturun artması səbəbindən yer kürəsi yaşayış üçün yararsız hala düşəcək.
Turkustan.az xəbər verir ki, dünyanın beş iqlim dəyişmə nöqtəsinin astanasında olduğunu izah edən elm adamları, tədbir görülməsə həyatın fəlakətə sürüklənəcəyi barədə xəbərdarlıq ediblər. Bildirilir ki, planetin istiləşməsi ilə bəşəriyyət “dağıdıcı domino effektləri” ilə üzləşir, o cümlədən kütləvi yerdəyişmə və maliyyə dağıntıları. Alimlər xəbərdarlıq ediblər ki, karbon çirklənməsi planeti təhlükəli səviyyələrə qədər qızdırdığından bəşəriyyət üçün ən ciddi təhlükələr yaxınlaşır. “Global Tipping Points” hesabatına görə, hazırda beş əsas təbii həddi aşmaq riski var və 2030-cu illərdə daha üç həddi keçərsə, Yer kürəsi sənayedən əvvəlki temperaturdan 1,5-2 dərəcə yuxarı istiləşəcək.
Bu, nəinki temperaturun nəzarətdən çıxmasına və planetin dəyişməsinə səbəb olacaq, həm də insanlara və təbiətə təhlükəli, geri dönməz ziyan vuracaq. Guardian-a danışan Exeter Universitetinin Qlobal Sistemlər İnstitutundan Tim Lenton, “Dünya sistemindəki uçurum nöqtələri bəşəriyyətin əvvəllər qarşılaşmadığı böyüklükdə təhlükə yaradır. Bu, ekosistem və məhsul itkisi də daxil olmaqla, dağıdıcı domino effektlərinə səbəb ola bilər. “İstiləşən dünya həm də kütləvi yerdəyişmə, siyasi qeyri-sabitlik və maliyyə çöküşü kimi sosial təsirlər yarada bilər” dedi.
HANSI HADİSƏLƏR FƏLAKƏT SİQNALI VERİR?
1- Qərbi Antarktidada böyük buz təbəqələrinin əriməsi.
2- Qrenlandiyada buz təbəqələrinin çökməsi.
3- Ən azı iki ildir donmuş "permafrost" adlanan torpaqların geniş şəkildə əriməsi.
4- Mərcan qayalarının isti sularda ölməsi.
5- Atlantik okeanının şimalında atmosfer axınlarından birinin çökməsi.
Ötən ayın tarixin ən isti noyabr ayı olduğu açıqlanıb. Avropa İttifaqının məlumatları noyabr ayı üçün qlobal orta temperaturun 14,22 dərəcə olduğunu göstərdi. Bu, son 30 ilin orta göstəricisindən 0,85 dərəcə istidir. Eyni zamanda, noyabrın fövqəladə temperaturları qeydlər başlayandan bəri şimal yarımkürəsində ən isti payızla nəticələndi. Digər tərəfdən, 2023-cü il həm də ən isti il olub.
Eltac/Turkustan.az