Netanyahu: “Həmas lideri Yəhya Sinvarın evi mühasirəyə alındı”


İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun Qəzzada Həmas lideri Yəhya Sinvarın evini mühasirəyə aldığını bildirib. Netanyahu açıqlamasında "Onun evi onun qalası deyil, qaça bilər, ancaq onu tapmağımız an məsələsidir" deyib.

Turkustan.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada HƏMAS lideri kimi tanınan Yəhya Sinvarın evinin mühasirəyə alındığını bildirib.

Baş nazirliyin mətbuat xidmətindən verilən açıqlamaya görə, Netanyahu İsrail ordusunun Qəzzanın ikinci böyük şəhəri Xan Yunusdakı Sinvarın evini mühasirəyə aldığını iddia edib. Netanyahu: "Onun evi onun qalası deyil, qaça bilər, ancaq onu tapmaq an məsələsidir".

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ