Husilər: “Ballistik raketlə İsraili hədəf aldıq”


Yəməndə İranın dəstəklədiyi husilər İsrailin cənubundakı Eylat şəhərini ballistik raketlə hədəfə aldıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri sosial şəbəkə hesabından verdiyi açıqlamada məzlum Fələstin xalqına dəstək çərçivəsində Qırmızı dənizdən keçən İsrail gəmilərinin qarşısının alınması qərarının həyata keçirildiyini bildirib.

Seri, İsrailin cənubundakı Eylat şəhərindəki hərbi hədəflərin ballistik raketlərlə hədəf alındığını və İsrailə qarşı hücumların davam etdiyini qeyd edib.

İsrail ordusundan dünən verilən açıqlamada, Eylat şəhərinə doğru atılan "yer-yer" raketlərinin qarşısını almaq üçün İsrailin ballistik raketlərə qarşı təsirli müdafiə sistemindən istifadə edildiyi bildirilib.

Bildirilib ki, raket hücumundan sonra ölkənin ən cənub bölgəsində yerləşən Eylat şəhərində xəbərdarlıq sirenləri işə düşüb.

Son həftələr Yəməndəki husilər İsrailin cənubunda, Qırmızı dəniz sahilində yerləşən Eylat şəhərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edir.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ