BƏƏ Qəzzada atəşkəs üçün qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim etdi


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağında humanitar səbəblərdən atəşkəs əldə etməyi hədəfləyən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim edib.

Turkustan.az xəbər verir ki, BƏƏ-nin BMT missiyasının X sosial şəbəkə hesabından edilən açıqlamada, "BƏƏ humanitar səbəblərdən Qəzzada atəşkəs üçün təcili qərar verilməsi çağırışı edib və qərar layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib."

“Qəzza zolağında vəziyyət fəlakətlidir və geri dönüşü olmayan nöqtəyə çata bilər, biz daha çox gözləyə bilmərik”. Bəyanatda qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası atəşkəslə bağlı qətiyyətlə hərəkət etməlidir.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ