İsrail mətbuatı HƏMAS-ın oktyabrın 7-dən əvvəl İsraili "mükəmməl şəkildə aldatdığını" iddia edib.
Turkustan.az xəbər verir ki, “The Jerusalem Post” qəzetinin adı açıqlanmayan bir polis məmuruna əsaslanan xəbərində, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadaları komandiri Məhəmməd əl-Dayf və HƏMAS-ın Qəzza rəhbəri Yəhya Sinvar İsrail kəşfiyyatının onları izlədiyini və köçürməyə çalışdıqlarını bilirdilər.
Xəbərdə İsrail ordusundan olan qrupların 2018-ci ildə “HƏMAS-ın qalaları” olan yerlərdə dinləmə cihazları yerləşdirdiyi və İsrailin dinlədiyini düşündüyü zaman HƏMAS-ın artıq onları açıb sökdüyü bildirilir.
Xəbərdə, Hərbi Kəşfiyyat İdarəsi (AMAN), daxili kəşfiyyat təşkilatı Şin-Bet (Şabak) və xarici kəşfiyyat təşkilatı Mossad-ın bundan xəbəri olmadığı, əks halda onların ölkəni tərk etmələrinin mümkün olmadığı bildirilib.
Bildirilib ki, HƏMAS oktyabrın 7-də Qəzza sərhədi yaxınlığındakı yaşayış məntəqələrinə daxil olmaq üçün dəqiq hazırlıq görərək, İsraili “qüsursuz aldadıb”.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailin “Fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Məscidül-Əqsaya qarşı davamlı pozuntularına cavab verdiyini əsas gətirərək genişmiqyaslı hücuma keçib".
Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub.
Eltac/Turkustan.az