Netanyahu: "HƏMAS razılaşmanı pozdu"


İsrailin baş naziri Binyamin Netanyahunun ofisindən verilən açıqlamada, HƏMAS-ın daha heç bir İsrailli girovu azad etmək istəmədiyi, bunun atəşkəs şərtlərinin pozulması demək olduğu iddia edilib.

Turkustan.az xəbər verir ki, bəyanatda HƏMAS-ın razılaşdırıldığı kimi bütün qadın girovları azad etmədiyi və İsrailə raket zərbələri endirdiyi iddia edilib. Bəyanatda İsrailin “girovların azad edilməsi, HƏMAS-ın məhv edilməsi və Qəzzanın İsraildə yaşayanlar üçün bir daha heç vaxt təhlükə yaratmamasını təmin etmək” kimi məqsədlərinə çatmaqda qərarlı olduğu bildirilib.

Həmas-İsrail böhranında vasitəçi olan Qətər, atəşkəsin sona çatmasından "dərin kədərləndiyini" ifadə edərək, atəşkəs səylərinin davam etdiyini açıqlayıb.

Misirlə atəşkəs üçün vasitəçilik edən Qətər Xarici İşlər Nazirliyi, "pauzanın sona çatmasından sonra ilk saatlarda Qəzza zolağının bombalanmasının davam etməsinin vasitəçilik səylərini çətinləşdirdiyini və bölgədəki humanitar fəlakəti daha da pisləşdirdiyini" bildirdi. Nazirlik beynəlxalq ictimaiyyəti “zorakılığı dayandırmaq üçün təcili tədbirlər görməyə” çağırıb.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ