Polşada COVID-19-a yoluxma nisbətlərində yüksək artım qeydə alınıb.
Turkustan.az xəbər verir ki, bu barədə RMF24 radiosu məlumat yayıb.
Qeyd olunub ki, 2023-cü ilin martından bəri ən yüksək COVID-ə yoluxma halı Polşada qeydə alınıb.
“3 mindən çox koronavirusa yoluxma halı müəyyən edilib, testlərin 70%-i müsbət çıxıb, bu, 2023-cü ilin martından bəri ən yüksək göstəricidir”, – məlumatda deyilir. /yenisabah.az/